Sizin reklam burada
Sizin reklam burada
  • Gəncədə faydalı elmi- praktik konfrans

    "Bu gün Gəncədə Azərbaycan Dövlət Aqrar Univetsitetinin və Türkiyə Çukurova Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "V Kənd təsərrüfatı və Qida sənayesi texnologiyaları" adlı 3 gün davam edəcək konfransının açılış mərasimində iştirak etdik. Konfransa dünyanın 15 ölkəsinin bu sahədə ixtisaslaşmış universitetlərinin alimləri və tədqiqatçılar da qatılmışdır."

    Bunu Milli Məclisin Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili Musa Urud özünün feysbuk səhifəsində paylaşıb. Komitə sədri qeyd edib ki, konfransın ana mövzusu olaraq iqlim dəyişikliyi, quraqlıq, su ehtiyatlarının azalması, torpaqların şoranlaşması və s.təsirlərdən aqrar sektorun qorunması, qida təhlükəsizliyi məsələlərinin daha optimal yollarının axtarılması, elmlə sənayenin vədhətinin təmin edilməsi, intensiv inkişaf, istelak mədəniyyətinin yüksəldiilməsi kimi maraqlı və aktual məsələlər müzakirə olunur:

    "Həmçinin BMT- nin müəyyən etdiyi "Dayanıqlı inkişafa dair minilliyin məqsədləri" proqramının həllinə aqrar elmin töhfələri, yaxın və orta müddət üçün qarşıya qoyulan prioritetlər, eləcə də İzmir Ege Universiteti ilə ADAU arasında əməkdaşlıq müqaviləsinin bağlanması tədbirin əsas leytmotivini təşkil edirdi."- Musa Urud paylaşımda diqqətə çatdırıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ