Qobustan abidələri- qədim və sirli tariximizin daş salnaməsi. Qobustanı hər dəfə ziyarət edəndə elə bil 10 min il əvvələ qayıdırsan. Elə bil qayalar dil açıb insanla danışır, gəlmiş- keçmişdən söz açır. Qobustan hələ də sirlərlə doludur. Öyrəniləcəklər öyrənilmişlərdən qat-qat çoxdur. Qobustan bəlkə də bəşəriyyətin yer üzündə ilk təşəkkül tapdığı məkan, mədəniyyətlərin formalaşdığı və yayıldığı məbəddir. Düzdür, biz Qobustan abidələrini 2007- ci ildə YUNESKO- nun dünya mədəni irsi siyahısına saldırmışıq. Amma onun təbliği və öyrənilməsi sahəsində ciddi işlər görməyimizə ehtiyac vardır.