Sizin reklam burada
Sizin reklam burada
  • "Kitab oxuyun, düşünün və özünüzü tanıyın"- İltizam Yusifov

    "Xl Beynəlxalq kitab sərgisində oldum. Çoxlu dostlarla, maraqlı insanlar, fikir və düşüncə adamları ilə görüşdük."
    Bu sətirləri VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, yazıcı, ağsaqqal, tərbiyəvi yumorla “Ey özünü apara bilməyən aparıcı, sən məni hara apara bilərsən?” deyən Seyran Səxavət, Nağıl kitablarının, uşaqlarımıza milli birliyi təbliğ edən, “Xor” şeirinin müəllifi, yazıçı, şair, professor Zahid Xəlil, Oyal mağazalar şəbəkəsinin rəhbəri, vətənpərvər Mikayıl müəllim, "bir İstambul eşqinə" gəmiləri sudan çəkib sürmək gücünü özündə tapan Əkbər Qoşalı və s. insanlarla həmsöhbət olduq:

    "Keçmiş həmkarım, MM Deputatı, tam fərqli, xüsusi üslub sahibi, gözəl rəssam Ülviyyə Həmzəyeva ilə fikir, düşüncə insanı, hörmətli Fazil Mustafanın kitab təqdimatı və imza saatında iştirak etdik.

    Kitab bilik, fikir, düşüncə deməkdir. Düşünmək isə öz-özünlə danışmaq, özünü tanımaq, dəyər yaratmaqdır. Kitab oxuyun, düşünün və özünüzü tanıyın. Bundan cəmiyyət, daha çox özünüz faydalanacaqaınız."- İltizam Yusifov paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ