Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli, 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən keçirilir.
Keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə edirlər.
Qeydiyyat:
3–17 oktyabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.
Ətraflı məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.
https://dim.gov.az/az/metbuat/xeberler/medeniyyet-nazirliyi-tabeliyinde-fealiyyet-gosteren-musiqi-incesenet-bedii-senetkarliq-ressamliq-mugam-asiq-mekteb-ve-merkezlerine-ise-qebul-ile-bagli-xususi-musabiqe-elan-edilir
