"Atributinfo.az" xəbər verir ki, tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun əməkdaşı Zülfiyyə Kamalova, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göygöl şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Tələbə adını qazanan gənclər, eləcədə onların müəllimləri və valideynlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri, məktəb rəhbərlərinə isə fəxri fərmanlar təqdim edilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
