Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə təhsil sektorunun təşkil etdiyi yarışda 7 ümumi təhsil məktəbinin komandası iştirak edib.
Final mərhələsində Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin komandası I yeri, Xudat şəhəri İbrahim Məlikov adına 5 nömrəli ümumi orta məktəbin komandası isə II yeri qazanıb.
Qalib komandalar kubok və təşəkkürnamə ilə mükafatlandırılıb.
