Sizin reklam burada
Sizin reklam burada
  • Vətən məhəbbəti ilə döyünən ürək

    Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir. Hətta sözlər, sətirlər, cümlələr belə bu günün xüsusiliyini ifadə etməkdə aciz qalır.
    Məmmədov Şahin Nurəddin oğlu 04 yanvar 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur.
    Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə Rusiya Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində əməli fəaliyyət göstərən Şahin Məmmədov Vətənə olan sevgisini daima ön plana çəkir.
    Şahin Məmmədov Şimali Osetiya - Alaniya Respublikasında fəaliyyət göstərən “Azərbaycanlılar Konqresinin” qurulmasından başlayaraq bütün çətinliklərə mətinliklə sinə gərmişdi. “Azərbaycanlılar Konqresinin” sədri vəzifəsini icra etmiş, hal-hazırda isə həmin konqresin fəxri prezidentidir.
    Ad günün mübarək!
    Yaşa, sev, gül! Bunlar əskik olmasın yaşamından. Yaşın neçə olursa olsun hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt gələcəyə və həyat dolu yaşlara.

    Hörmətlə: Elçin Şükür

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ