
Bu fikirləri Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ötən gün AZAL-a məxsus təyyarənin qəzaya uğramasını şərh edərkən deyib.
Deputat faciəvi qəzayla bağlı feyk informasiya yayanlara sərt sözlər deyib:
"Məlum məsələdir ki, dezinformasiya, sistemli manipulyasiya və məsuliyyətsizlikdir. Hər kəs üzərinə düşəni etməlidir, bildiyini danışmalıdır və bunu vicdanlı etməlidir. Məsuliyyətsiz medianın bu cür manipulyasiyaları və yanlış xəbərləri isə yalnız düşmənin xeyrinə hərəkət edərək həmin insanların hissinə toxunmaqdır. Əhali arasında həyəcanlı əhval-ruhiyyə səpməkdir. Ona görə də bir daha yalnız rəsmi məlumatların mənbələrinə etibar etməyə çağırıram. Panika yaratmamaq, manipulyasiyalar etməmək, insan öz sözünə, hərəkətinə və ümumən fəaliyyətinə görə məsuliyyat daşımalıdır. Bunu istəməməsi və öhdəsindən gələ bilməməsini ifadə edən mənfi mənəvi əxlaqi keyfiyyət məsuliyyət anlayışının mahiyyətini açır. Həmin yanlış informasiyanı yayan adam təsəvvür etsin ki, bu hadisə onun yaxın qohumunun və yaxud digərinin başına gəlib. Onda bu hansı hissləri keçirə bilər, onlar haqqında hansısa məlumatları yaymaq nə deməkdir. Eyni zamanda hər hansı bir istinad olunmayan xəbərlərdən aralı olmaq lazımdır".
"Düşünürəm ki, hər kəs öz üzərinə düşəni etməli, komissiyanın qərarını gözləməli, eyni zamanda komissiyanın qərarına uyğun olaraq öz fikirlərini bildirməlidir. Bir daha Allah ölənlərə rəhmət eləsin, yaralılara tezliklə sağalmalarını arzulayıram. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla, onun tapşırığına uyğun olaraq bu qəzada əziyyət çəkmiş və ya hər hansı bir problemi yaranmış Azərbaycan vətəndaşının yanında olacaqdır və buna görə də onun tapşırığına uyğun olaraq bütün hamı məsuliyyətlə öz üzərinə düşəni yerinə yetirəcəkdir".