Tədbirin təşkilatçıları bildiriblər ki, “Mir” kinoteatrında Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun “ADM-JACK” kinoşirkətinin istehsalı olan sənədli film nümayiş etdirilib. Ekran əsəri böyük şəxsiyyətlərin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edir.
Nümayişdən əvvəl filmin müəllifi və rejissoru Q.Naxapetov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, film Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilib.
