Sizin reklam burada
Sizin reklam burada
  • İbrahim Cəfərov:"Bizim də missiyamız ölkə insanının ərzaq təhlükəsizliyini təmin etməkdir"

    "Son illər Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ- nin vacibliyi hər gün hiss olunmaqdadır. Dünyanın əksər ölkələrində bitki mühafizəsi milli təhlükəsizlik amili kimi qəbul edilir."
    Bunu Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ- nin rəhbəri, professor İbrahim Cəfərov özünün Feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki,
    dünyada bir milyarda yaxın aclıq və səfalət içərisində yaşayan insanlar olduğu halda bitkilərin zərər verən orqanizmləri dünya üzrə istehsal edilən məhsulların 40%- ə qədərini məhv edir. Bizim də missiyamız bunun qarşısında durmaq, ölkə insanının ərzaq təhlükəsizliyini təmin etməkdir:
    "İnstitutun əməkdaşları, gəncləri, doktorantları, magistrantları məhz bu istiqamətdə çalışır və işlərə töhfə verirlər. Buna görə də hər kəsə bu vacib missiyada uğurlar arzulayıram."- İbrahim Cəfərov qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ