"Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan direktor müavini t.f.d Murad Muradov COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırılıb.
Bildirib ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq keçirilən tarixi görüş hesab olunur. Bundan əvvəlki tədbir COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderləri, hökumət rəsmilərini, alimləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
Murad Muradov çıxışında COP29 ilə bağlı Bakının imkanları haqqında məlumat verib. O,qeyd edib ki, Azərbaycan Preizdenti İlham Əliyevin sərəncamı ilə 2024-cu il ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Tədbirin sonunda COP29-a aid tələbələr çıxışlar edib və verilən sualları cavablandırıblar.
Aybəniz Quliyeva
