Adil Əliyev haqqında məncə xüsusi təqdimata ehtiyac yoxdur. Milli Məclisin III, IV, V, və VI çağırış deputatı, keçmiş vitse-spiker, hazırda isə Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan Adil müəllim son dərəcə Vətənini, dövlətini, xalqını ürəkdən sevən, bu sevgini əməli şəkildə ifadə edən, xeyirxah, nəcib, imanlı ŞƏXSİYYƏTdir. Bu zalım dünyamızda bu cür insanlıq nümunələrinin sayına hədsiz ehtiyac var. Hörmətli Adil müəllim, nə yaxşı ki, doğulmusuz. Bu gün sizin gününüzdür. Yaradıcı kollektivimiz adından yeni yaşınızı ürəkdən təbrik edir, şərəfli həyat və fəaliyyətinizdə yeni-yeni uğurlar, bərəkətli və möhkəm can sağlığı arzulayıram!
Bəradər Səməndərli "Atribut" qəzeti və "atributinfo.az" saytının baş redəktoru