Sizin reklam burada
Sizin reklam burada
  • Abşeronda qanvermə aksiyası təşkil edilib

    Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub. Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasında və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında könüllü iştirak edən rayon sakinləri ehtiyacı olan xəstələr üçün qan veriblər.
    Xüsusi ayrılmış tibb briqadası müraciət edənlərin sağlamlıq durumunu qiymətləndirib, daha sonra onlardan qan ehtiyatı götürülüb.
    Donorlar bu cür aksiyanın keçirilməsinin vacibliyini nəzərə alaraq digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
    Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ