Cəmilə Çiçəyin “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” layihəsinin gerçəkləşməsini əks etdirən tədbir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi qrant layihəsi çərçivəsində maliyyə yardımı alan "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi 1 iyun – 1 avqust 2024-cü il müddətində “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği" mövzusunda ikiaylıq layihəsini həyata keçirir.
Gənclər arasında vətənpərvərlik ideyasının təbliği: ZİMDTDİB layihə və sosial çarxın ikinci təqdimat mərasimini AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Konfrans Zalında keçirdi.
Qeyd edək ki, birinci təqdimat Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbində keçirilib.
www.zekainfo.az məlumat verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı ikiaylıq “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” adlı layihə çərçivəsində hazırlanmış Qarabağ və Zəfər tarixinə dair vətənpərvərlik mövzusunda sosial videoçarxın neomaarifçilik tanıtım ictimaiyyət və gənclər üçün təqdimat mərasimi 11 iyul 2024-cü il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Konfrans Zalında təşkil edildi.
ZİMDTDİB-in layihə və sosial şəbəkə səhifəsi, sosial videoçarxın silsilə real təqdimat-tanıtım aksiyaları uğurla davam edir. Tədbir “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” layihəsi çərçivəsində hazırlanmış, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusu çərçivəsində təşkil olunmuşdu.
AMEA-da II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında ZİMDTDİB-in kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyalarının ikincisi – ədəbi-bədii məzmunlu Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusunda sosial videoçarxın tanıtım və təqdimat mərasimi gənclərə qəhrəmanların tanıdılması, savaşda iştirak edənlərə həsr olunmuş şəhid Daşqın Şəfiyevin igidliyi haqqında məlumatlandırma sessiyası ilə başladı.
“Atributinfo.az” qəzet və sayt portalının rəhbəri Bəradər Xanəliyev tədbirin II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər - Böyük Qələbə və ədəbiyyat mövzusuna həsr olunduğunu bildirərək, sözü layihə rəhbəri, araşdırmaçı-jurnalist Cəmilə Çiçək İsbəndiyarovaya verdi.
ZİMDTDİB sədri, Prezident təqaüdçüsü, layihə rəhbər Cəmilə Çiçək çıxışını başda Prezident İlham Əliyev olmaqla, haqqında bəhs edilən möhtəşəm qələbəni xalqa yaşadan müzəffər Milli Orduya, dövlətimizə, xalqımıza təşəkkürlərini çatdırmaqla yanaşı, donor quruma da öz minnətdarlığını bildirdi.
Layihə rəhbəri qeyd etdi ki, Bakıda, internetüstü və Qarabağ bölgəsinin insanlarının yaşadığı məkanlarda, qadınlar, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real və virtual tanıtım tədbiri təşkil edilib.
Reallaşdırılacaq fəaliyyətlərlə bağlı İctimai Birliyinin sədri, layihə rəhbəri media nümayəndələri üçün geniş açıqlama verib.
Təşkilat rəhbəri bildirib ki, ictimai-ideoloji əhəmiyyətli fəaliyyətləri zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğal edilməsindən və uzun müddət əsarətdə saxlanmasından, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun azad etməsindən sonra bərpa işləri başlanmasına ideoloji-estetik dəstək veriməlidir.
Tədbirdə çıxış edən Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatların laureatı Nəsib Nəbioğlu qeyd edib ki, belə layihələrin reallaşdırıəlması nəticəsində xüsusi olaraq qarabağlı gənclərin yurdlarına qayıdışa həvəsləndirəcək ki, həmin tarixi proseslər sürətlənsin.
Layihəyə cəlb ediləcək könüllülər, texniki-yaradıcı heyət, peşəkarlar, Qarabağ və Qələbə mövzusunda yeni kreativ sənət nümunələri yaradanların bacarıqları artacaq.
Tədbirin “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik mövzusunda sosial videoçarxın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin reallaşdırdığı Qarabağ və Zəfər tarixinə aid vətənpərvərlik layihəsi çərçivəsində təşkil olunduğunu bildirən layihə rəhbəri Vətən müharibəsi, II Qarabağ savaşı, Zəfər və bir sıra digər məsələləri xüsusi vurğuladı.
“...Erməniyə iki yumruq vurdum, çənəsi sallandı...”
Fikrinə bu cümlə ilə başlayan, Rusiyada fəaliyyət göstərən “Dərviş teatrı”nın aktyoru, uzun illər ölkədən kənarda yaşayan, hazırda Azərbaycanda seriala çəkilən Şirzad Pirallahı şair Nəsib Nəbioğlunun vətənpərvərlik mövzusuna həsr edilmiş bir neçə poeziya nümunəsini və Cəmilə Çiçəyin Daşqın Şəfiyevin atasının timsalında cəmi şəhid atalarına ünvanlı “Şəhid atası”şeirini də söylədi.
Ailədə 4 qazi qardaşdan biri, “Respublika Qaziləri” İctimai Birliyinin sədr müavini, II dərəcəli Qarabağ qazisi, Mlli Qəhrəman Fred Asifin (Məhərrəmovun) qardaşı Ədalət Məhərrəmov da tədbirin əhəmiyyətini xüsusi vurğuladı.
Mərkəzi Neftçilər Xəstəxanasının həkimi (Rusiya, Belorusiya, Qazaxıstan və Azərbaycan tibb jurnallarında dərc edilən 30-dan çox məqalə və tezislərin müəllifi) Tibb üzrə fəlsəfə doktoru Seymur Xəlilov Qarabağda çalınan zəfərdə səhiyyə sahəsində çalışan tibbi personalın da rolunun az olmamasından, I Qarabağ Müharibəsi veteranı Cəfərov Tofiq Rüstəm oğlu, Niyaməddin Cəfərov Vətən müharibəsinin şəhidi, qardaşı polkovnik-leytenant Zaur Cəfərovun döyüş yolundan söz açdılar.
I Qarabağ Müharibəsinin qazisi, baş leytenant Mais Əliyev dedi:
“...Döyüşlərin qızğın vaxtı yaralandım, dedilər ki, bunun ayağı kəsilməlidir. Lakin batalyonda həkim vəzifəsini yerinə yetirən I Qarabağ Müharibəsi qazisi baş leytenant Tanrıverdi Məmmədov buna etiraz edib bildirdi ki, məni Mərkəzi Hospitala göndərsinlər. Çünki həmin vaxt şəhidlər çox, həm də məsafə uzaq idi. Qanaxmaları dayandırmaq asan deyildi. Yaralıları gətirib məntəqəyə çatdırınca, üzərində saatlarla cərrahiyyə əməliyyatın keçirilməsi və s. Vaxt itkisi idi.
Deməyim odur ki, əgər Tanrıverdi həkim məni həmin hospitala göndərməsəydi, ayaqlarımı itirəcəkdim.
Tarıverdi Məmmədovun sücaətlərindən biri həkim vəzifəsindən başqa, onun hücum əməliyyatlarında iştirak edərək, yaralıları döyüş bölgələrindən aidiyyatı üzrə həkim məntəqələrinə təhvil verməsi idi.
Hal-hazırda Tarıverdi Məmmədovu görəndə deyirik ki, sizin sayənizdə sağ qalmışıq...”
Sonda şair-publisist, araşdırmaçı jurnalist, “Qızıl Qələm” media mükafatı laureatı, YAP, “Türkiye Bilim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği”nin (İLESAM) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rövşən Hüseynli Cəmilə Çiçəyin Kəlbəcər əsilli Vətən şəhidlərinin qəhrəmanlıqlarından ibarət “Qalib Qarabağ” adlı ikicilidlik kitablarının nəşrinin vacibliyini vurğuladı.
Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hissləri daha da gücləndiriləcək.
Yaradıcı insanlar bu istiqamətdə yeni əsərlər yaratmağa motivasiya olunacaqlar. Dövlətin Böyük Qayıdış proqramına dəstək veriləcəkdir.
Əlirza İsbəndiyarov,
ZİMDTDİB sədr müavini, KİV əlaqələndiricisi
