Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova tələbələrin “Məzun günü”ndə deyib.
Rektor məzunları ölkənin inkişaf etdirilməsi prosesinə qoşulmağa çağırıb: “Prezident İlham Əliyev bizi inamlı addımlarla daha gözəl gələcəyə aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, ölkəmizin daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcək”.
