Məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.
Ziyarətdən sonra "2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Zağulba” Tədris-İdman Bazasında 28 May - Respublika Gününə həsr olunmuş konsert və master-klasslar təşkil olunmuşdur.
Qeyd edək ki, "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.
Hüseynbala Həsən
