Sizin reklam burada
Sizin reklam burada
  • Məktəbdə modelləşdirmə üzrə müsabiqə təşkil edilib

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan Quba rayonu Künxırt kənd ibtidai məktəbinin müəllimi Musa İsmayılov tərəfndən icra edilən “3D-li dünyamız” məktəblilərin "Sketchup modelləşdirmə" klubu adlı layihə çərçivəsində Quba rayonunun Qımılqışlaq kənd tam orta məktəbində modelləşdirmə üzrə müsabiqə təşkil edilib.
    Layihə çərçivəsində təlimlərə cəlb edilən 45 nəfər şagird onlara verilən modelin – Quba Cümə məscidinin maketini hazırlayıblar.
    Münsiflər heyətinin qiymətləndirməsinə əsasən VIII sinif şagirdi Kazım Kazımlı 30 balla müsabiqənin qalibi adını qazanıb.
    VIII sinif şagirdləri Nadir Cəmiyev və Fəqan Səfixanov 26 balla gümüş mükafata, VIII sinif şagirdləri Rəna Əkbərova və Gülay Mustafayeva, IX sinif şagirdi Anar Əliağayev isə 25 balla bürünc mükafata layiq görülüb.
    Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif edilib.
    Layihənin bağlanış mərasimində iştirak edən Quba rayonu Qımılqışlaq kənd tam orta məktəbinin direktoru Zəminə Mirzəyeva belə əhəmiyyətli layihənin təşkilinə dəstək verdiyinə görə layihə rəhbəri Musa İsmayılova və Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirərək əlavə edib ki, layihə məktəbin şagirdlərinin yaradıcılıq bacarıqlarının inkişafına, dizayn bacarıqlarına sahib şagirdlərin üzə çıxarılmasına təkan verib və klubun növbəti illərdə də fəaliyyətinin davam etdirilməsi üçün çalışacaqlarını qeyd edib.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ