Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır"

    "2023-cü ilin son günlərində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "Heydər Əliyev ili"çərçivəsində təşkil olunmuş "Kiçik Akademiya" üzvlərinin 1-ci Ümumşəhər Konfransında Deputat həmkarım Sadiq Qurbanovla birlikdə iştirak etdik."
    Bunu ötən gün "atributinfo.az"-a açıqlama verərkən Milli Məclisin deputatı İltizam Yusifov deyib. O, əlavə edib ki, “Kiçik Akademiya”ların məqsədi yuxarı sinif şagirdlərinin elmə, elmi axtarışlara həvəs yaratmaq, onların müasir tədqiqat metodlarına yiyələnməsi və s. ibarətdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır.
    "Akademiya üzvlərinin, şağirdlərin, gənclərimizin düşüncələri, təbiət hadisələrinə münasibətlərindəki innovativ yanaşmaları məni valeh etdi. Gənclərimizə uğurlar arzuladıq."- Deputat bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ