"İngiltərə, Türkiyə və Azərbaycan həkimlərinin ortaq müzakirələri faydalı və yaddaqalan anlarla xatırlanacaqdır. Mən də elmi məruzəmlə anadangəlmə ürək qüsurlarının xüsusiyyətləri, ölkəmizdə mövcud vəziyyət və gələcək perspektivlər haqqında fikirlərimi konqres iştirakçıları ilə bölüşdüm."
Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru, Əməkdar həkim Rəşad Mahmudov deyib. O, əlavə edib ki, 27 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresi öz işinə başlamışdı. Konqres noyabrın 28-də də “Neonatologiyada və pediatriyada yeniliklər” mövzsunda işini davam etdirdi.
Tədbirin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Aynur Poluxova, BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış ediblər:
"Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, Pediatriya mövzusunda konqresimizin də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilməsi heç də təsadüfi deyil. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycanın inkişaf və tərəqqisində, bütün sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə böyük əməyi və əvəzsiz rolu olmuşdur. Hazırda Ümummilli Liderin bu sahədəki siyasətini möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru #CeyhunMəmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərə dəstək vermək məqsədi daşıyır. O, qeyd edib ki, konqresin ikinci günü yenidoğulmuşların və uşaqların sağlamlığına həsr olunub. C.Məmmədov öz çıxışında həmçinin, pediatriya və neonatologiya üçün aktuallıq daşıyan bəzi mövzular ətrafında məlumat verib."- Rəşad Mahmudov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
