Sizin reklam burada
Sizin reklam burada
  • Xankəndi “merinin” ailəsi şəhərdən qaçıb

    Atributinfo.az xəbər verir ki, Xankəndində özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.
    Azərbaycan İctimai Televiziyasının reportajını görən erməni mediası qadının şəxsiyyətini müəyyən edib.
    Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini götürüb qaçırlar.
    Qeyd edək ki, Sarkisyanın yerli kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan əvvəllər hamıya and içib ki, heç vaxt Xankəndini tərk etməyəcək və onun sakinləri ilə qalacaq.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ