Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəzində ETÜD ƏSƏRLƏR GUŞƏSİ yaradıldı

    Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə mərkəzin üçüncü mərtəbəsində “ETÜD ƏSƏRLƏR GUŞƏSİ”ni sənət sevərlərə təqdim edir.
    Nəzərə çatdıraq ki, Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirmişdir.
    Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan əldə edilən etüd əsərlərdən ibarət bir kolleksiyaya sahib olmuşdur. Bu əsərlərlərin bir hissəsi güşəmizdə sərgilənir.Əsəri sərgilənən etüdçü rəssamlar :
    Abbasov Fəxri, Abbasov Telman, Allahverdiyeva Nuray, Azər İslam, Əliyev Əbdüləmi, Əvəzov Zahid, Hüseynov Raul, Hüseynov Süleyman, İsrafilov İslam, Qasımxanlı Bayram, Quliyev Rüstəm, Quluyev Şahin, Qulyeva Fərəh,Qurbanov Cavad, Məmmədov Cavid, Məmmədov Nizar, Məmmədov Ramin, Məmmədov Süphan, Mustafayeva Aynur, Hüseynov Cəlil, Səmədov Aynur, Şərifov Mətin, Yarışov Akif, Yusifov Bəxtiyar.
    Bir sənət ocağı olaraq guşəni həmişə yeniləmək və daha fərqi ekspozisiya yaratmağı qarşısına məqsəd qoymuşuq.
    Nəzərinizə çatdıraq ki, hər bir rəssam özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini əldə edə bilər.
    Nəzərinizə çatdıraq ki, Etüd əsərlər güşəsi və etüd əsərlər haqda yenilikləri Xətai Sənət Mərkəzinin media hesabları üzərindən ETÜD ƏSƏRLƏR GUŞƏSİ kimi izləyə biləcəksiniz .
    ETÜD HƏVƏSKARLARINI GÜŞƏNİ GÖRMƏYƏ DƏVƏT EDİRİK!
    KEÇİRİLƏN ETÜD YÖNLÜ TƏDBİRLƏR:
    Vətənin tərənnümü adlı respublika etüd əsərlər müsabiqəsi (2017) https://www.youtube.com/watch?v=vSGjUTWyGrM&t=271s ,
    Şamaxı rayonu Avaxıl kəndi qrupla etüd turu (2017) https://www.youtube.com/watch?v=KgPVmABm02I ,
    Qusar rayonu Əniq kəndi qrupla etüd turu (2018)
    https://www.youtube.com/watch?v=tL0lgbnTCtw
    Azərbaycan gənclər gününə həsr olunmuş
    “Çiçəklər etüdü” 1 ci qrupu (1fevral 2023)
    https://www.youtube.com/watch?v=nmxMLSC0-ig
    Çiçəklər etüdü 2 ci qrupu (2fevral2023)
    https://www.youtube.com/watch?v=gF7OYeNTEJY
    . “PLENER ƏSƏRLƏR” sərgisi (2023) https://www.youtube.com/watch?v=2aunEuNrW_4

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ