Sizin reklam burada
Sizin reklam burada
  • "Alov" Rəqs Ansamblının 10 illik yubileyi qeyd olundu

    "Alov" Rəqs Ansamblının 10 illik yubileyi qeyd olunub.
    Atributinfo.az xəbər verir ki, tədbirdə "Alov" Rəqs Ansamblının rəqqasları çıxış edib və müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Tədbir qonaqları ansamblın qurucusu və bədii rəhbəri olan Emil Pənahovu təbrik edib ona hədiyyələr və təbrik sözləri bildiriblər. Konsertdə həmçinin Respublikanın xalq artisti Cəmilə Bayramovanın «Dəcəl qızlar» rəqs ansamblı və Səbinə İsmayılovanın bədii rəhbərliyi altında Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblı rəqs kompozisiyaları ilə çıxış edərək öz təbriklərini bildiriblər.
    Onu da qeyd edək ki, Emil Pənahov uşaqlıq illərində «Asif, Vasif və Ağasif» filminə çəkilmişdir. Həmin filmin «Ağasif» rolunun ifaçısı Hökumə Cəlilova sürpriz qonaqlar siyahısında idi. 40 ildən sonra bir araya gələn dostlar çox kövrəldilər.
    Konsertdə 44 günlük Vətən Müharibəsinin Şəhidləri də yad edilərək onların əziz xatirəsinə sükut və rəqs kompozisiyası həsr olunmuşdur.
    Sonda tədbir iştirakçıları və qonaqlar xatirə şəkli çəkdirib, hədiyyələr bölüşüblər.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ