Sizin reklam burada
Sizin reklam burada
  • Abbasov Zaur Firidun oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Abbasov Zaur Firidun oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
    "Atributinfo.az" xəbər verir ki, Zaur Abbasov 1991-1996-cı İlllərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya və yerqurluşu mühəndisliyi fakultəsini magist pilləsi üzrə bitirib 1996-1999-cu illərdə Azərbaycan silahlı qüvvələrində zabit kimi hərbi xidmətini bitirib.Müxtəlif illərdə Aqrar sənaye kombinatında və Mexanikləşmə Zavodunda işliyib. 2003-cü ildən hal-hazıra kimi Göygöl rayon Gənclər və İdman İdarəsində rəis vəzifəsində çalışır.
    Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Ailəlidir, 3 övladı var.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ