Sizin reklam burada
Sizin reklam burada
  • İmtahan zalında “ağıllı” saat aşkarlandı, araşdırma aparılır

    Atributinfo.az xəbər verir ki, Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanında “ağıllı” saat aşkarlanıb.
    Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.
    İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
    İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ