Göygöl Rayon Mərkəzi Xəstəxanası 1 iyun Uşaqların Müdafiəsi Gününə həsr edilmiş tibbi aksiya keçirib
Cəmiyyət
2-06-2023, 10:18
333
Göygöl Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Çaykənd Ailə Sağlamlıq Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tibbi aksiya keçirilib. "Atributinfo.az" xəbər verir ki, aksiyada Həkim -laborant Fariz Əmirov, USM həkim-radioloq Nailə Əliyeva, Həkim-uşaq nevroloqu Türkanə Qasımova, Psixoloq Arzu Məmmədova, Həkim -pediatrlar Sofiya Aslanova, Nailə Şəmilova həkimlər tərəfindən uşaqların sağlamlıqları yoxlanılıb. Əlavə müayinəyə ehtiyacı olan uşaqlara müvafiq tibbi göstərişlər verilib. Müayinədən keçən uşaqlara 1 İyun Uşaqlar günü münasibətilə təbrik edilib və hədiyyələr verilib. Aksiyada həmçinin Xarici dövlətlərlə iş şöbəsinin böyük məsləhətçisi Ramin Burcəliyev, İlkin tibbi-sanitariya yardımın təşkili şöbəsinin məsləhətçisi Aygün Xəlilova, ÜST Azərbaycan nümayəndəliyi Sevinc Həsənova, səfər edib. Səfərin məqsədi keçirilən tədbirlərin və tədqiqatların immunlaşdırma prosesinə təsiri ilə bağlı ailə sağlamlıq mərkəzləri və kəndlərdə işləyən tibb işçiləri, bağça müdirləri və valideynlərlə müzakirələrin aparılması olub.