Tanıyaq və tanıdaq: "20 Yanvar" Azərbaycan tarixinin bir səhifəsidir
Cəmiyyət
19-05-2023, 18:15
212
"Azərbaycan ikinci dəfə müstəqilliyini 20 Yanvar şəhidlərinin qanı hesabına əldə edib. Bu insanların qanı bahasına SSRİ adlı imperiyanın çöküşü başlayıb. O tarixdən gözəl bir gün-sevgililər günü də doğub. Dünyada bu hadisənin bənzəri yoxdur və bu, Azərbaycan xalqının başucalığıdır." bu sözləri "Atributinfo.az"-a açıqlamasında Göygöl rayonu Qızılqaya qəsəbə icra müavini İlkin Məmmədov demişdir. O, əlavə etmişdir ki, bu bütün türk dünyasına, müsəlman aləminə örnək olacaq bir hadisədir: "Şəhid olmuş gəncin həyat yoldaşı onsuz yaşamır və ən şirin nemət olan canına qıyır. Bunu Azərbaycan qadını edə bilərdi. Bu da Fərizənin timsalında baş verdi. Təbii ki, belə dastanlar var. Amma bu hadisə gözümüzün qarşısında oldu. İlham və Fərizənin məzarını da ziyarət etdik. İndi onlar eyni məzarda uyuyurlar. Xiyabanda onlarla yeniyetmə və gəncin mübarizlərin məzarını ziyarət etməsinin şahidi olduq. Azərbaycan xalqı qanı bahasına müstəqilliyə imza atan ilhamlarını, fərizələrini ziyarət etməyi daim özünə borc bilir..."- İlkin Məmmədov demişdir.