Bu fikirləri "Atributinfo.az"-a açıqlama verərkən
Saatlı Rayon İcra Hakimiyyətində İctimai siyasi və Humanitar məsələlər şöbəsində baş məsləhətçi Aqşin Məmmədov demişdir. O, əlavə etmişdir ki,
Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.Tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cı ildönümüdür.Özü cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bu mötəbər tədbir də alimin xatirəsinə dövlətin, xalqın, tibb ictimaiyyətinin, elm adamlarının sonsuz ehtiramının ifadəsidir.
"Atributinfo.az"
