Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

    Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin və Hicran Əliyev adına Cəfərxan kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə çıxış edənlər müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayıblar.
    Bədii qiraət dərnəyinin üzvlərinin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
    Tədbirdə tam orta məktəbin şagirdləri, mədəniyyət işçiləri iştirak edib.

    Ağagül Nərimanov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ