Sizin reklam burada
Sizin reklam burada
  • “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşkilatçılığı ilə “Əbədi liderin iziylə” adlı rəsm sərgisi keçirildi

    “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşkilatçılığı və Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində - Bruklində fəaliyyət göstərən Uşaq və Yeniyetmələrin “My Way” (Mənim yolum) Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı ilə 07.04.2023-cü il tarixdə Bakı Kitab Mərkəzində “Əbədi liderin iziylə” adlı rəsm sərgisi keçirildi.
    Sərgidə “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin direktoru Əminə xanım Musayeva Ulu Öndərlə bağlı xatirələrindən, Heydər Əliyevin təhsilə və uşaqlara olan qayğısından söhbət açdı. Xalq rəssamı, professor Ağəli İbrahimov Ümummilli Liderin digər sahələrlə yanaşı incəsənətə və mədəniyyətimizə diqqətindən danışdı. Sonra Nyu-Yorkda fəaliyyət göstərən Uşaq və Yeniyetmələrin “My Way Yaradıcılıq Mərkəzinin direktoru Alyona xanım Bədəlova öz ürək sözlərini çatdırdı. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoşarx nümayiş olundu.
    Sərginin keçirilməsində məqsəd, iki mərkəz arasında dostluq və əməkdaşıq yaradaraq, Amerikada yaşayan uşaqlara Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən bəhs edərək onları maarifləndirmək, həmçinin uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətini və potensialını üzə çıxarmaqdır.
    Sərgidə “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin “Məktəb teatrı” dərnək üzvləri ölməz lider Heydər Əliyevin şərəfli ömür yolu, təhsil və müstəqilliyimiz üçün gördüyü işlər barədə məlumatlar verib, şeirlər səsləndirdilər. Bununla yanaşı Mərkəzin “Gənc tərtibatçı rəssamlar” dərnək üzvləri və “My Way” (Mənim yolum) Yaradıcılıq Mərkəzinin üzvləri Heydər Əliyevin yaradıcılıq illərindəki gördüyü işləri öz rəsmlərində əks etdirmişdirlər. Həmçinin, sərgidə VIII “Muğam” müsabiqəsinin qalibi Həzrət Əzizli "Yaşa mənim xalqım” mahnısı ilə "Təbəssüm" rəqs qrupu isə “İnnabı” rəqsi ilə çıxış edərək, qonaqların böyük marağına səbəb oldular.
    Sonda isə uşaqlara sərgidə fəal iştirakına görə diplomlar təqdim olundu.
    İki mərkəz arasında dostluq və əməkdaşlıq yaşadaraq, gənc rəssamlarımıza belə gözəl tədbirdə iştirak etmək üçün şərait yaratdığı üçün hörmətli “My Way" Yaradıcılıq Mərkəzinin rəsm müəllimi Emin Quliyevə və əməyi keçən hər bir kəsə öz dərin təşəkkürümüzü bildirildi.
    Onu da əlavə edək ki, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin bütün filiallarında “Heydər Əiyev – 100” güşəsi yaradılmaqla yanaşı “Heydər Əliyev İli” çərşivəsində vaxtaşırı olaraq tədbirlər, dəyirmi masalar, ekskursiyalar və ziyarətlər təşkil olunur.

    Hüseynbala Həsən,
    Qabaqcıl təhsil işçisi.
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ