Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda qanvermə aksiyası keçirilib

    Bu gün - 06 aprel 2023-cü il tarixində Göygöl Rayon Mərkəzi Xəstəxanasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, YAP Göygöl rayon təşkilatı Aparatının əməkdaşlarının və YAP fəallarının iştirakı ilə keçirilən Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının təşəbbüsü va Göygöl Rayon İcra Hakimiyyəilnin dəstəyi ilə təşkil edilib.
    Qanvermə aksiyasında Göygöl şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.
    Aksiyada Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verilib.
    Yığılan qan və onun komponentləri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
    Göygöl rayonunda qanvermə aksiyası keçirilib
    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ