Sizin reklam burada
Sizin reklam burada
  • Yeni təyinatlar cəmiyyətdə rəğbətlə qarşılanmaqdadı

    Təbrik edirik!

    Səhiyyə Naziri Teymur Musayevin əmri ilə olunan yeni təyinatlar ölkə vətəndaşları tərəfindən yüksək rəgbətlə qarşılanıb. Bunu "Atributinfo.az"-ın bu gün keçirdiyi rəy sorğusuna əsasən bidiririk. Həyata keçirilən bu cür islahatların, imzalanan bu qəbil təyinatların Azərbaycan səhiyyəsinin inkisafında dönüş nöqtəsi olacağı isə istisnasızdır.
    Belə ki, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.
    "Atributinfo.az" məlumat üçün xəbər verir ki, Orxan Cəfərov 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. İxtisası həkim- psixiatırdır. O, 2011-2013-ci illərdə Respublika Psixiatriya Xəstəxanasında həkim,-psixiatr kimi fəaliyyət göstərib. 2020-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
    Elşən Mustafayevə gəlincə, Elşən Mustafayev ixtisasca psixiatr, psixoterapistdir.
    O, 2005-ci ildə Azərbaycan Tibb Universitetində Psixiatriya təhsili alıb, 2006-cı ildə 1 saylı Respublika Psixiatriya xəstəxanasında – həkim psixiatr, 2007-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında – şöbə müdiri, 2018-ci ildən Medical Plaza Klinikasında – həkim psixiatr kimi çalışmaqdadır.
    Azərbaycan cəmiyyətinin sağlam gələcəyi naminə hər iki perspektivli və ixtisaslı gənc kadrlara "Atribut" qəzetinin və"Arributinfo.az" saytının yaradıci kollektivi adından yeni rəhbər vəzifələrində yüksək uğurlar, nailiyyətlər can sağlıgı arzulayıram!

    Bəradər Səməndərli
    Baş redaktor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ