Xətai Sənət Mərkəzində “AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI keçiriləcək
Cəmiyyət
4-04-2023, 20:39
621
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə “AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur: Yaşı 21-ə qədər rəssamlıq istedadı olan şəxslər 2023-cü il aprel ayının 25-dək
rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini
resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tət-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən coxu 2 əsər göndərilməlidir. - Mövzu “Gullər”. - Ölçü və texnika sərbəstdir. - Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək! - Sərgilənməmiş - yeni əsərlər görmək istərdik! - Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. - Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. I turdan keçmiş əsərlər sərgilənmək Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır. Əlavə suallar üçün 051 310 74 01 telefon və ya whatsapp ünvanına müraciət edə bilər. Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində təyin olunmuş bir vaxtda müəllim nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.