Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda Şəhidin "Anım günü" tədbiri keçirilib

    Saatlı Rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin və Hicran Əliyev adına Cəfərxan kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə şəhid Həsənov Azər Məhəmməd oğlunun “Anım günü” ilə əlaqədar tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə şəhidin qısa və mənalı ömür yolu barədə ətraflı məlumat verilib, bədii qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib.

    Tədbirdə şəhidin bacısı, məktəbin şagird və müəllimləri, mədəniyyət işçiləri iştirak edib.

    Ağagül Nərimanov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ