“Sumqayıt” FK-nın qızlardan ibarət komandası “Kapital Bank Arena”nın ehtiyat meydançasında Şəkinin “Marxal” kollektivini qəbul edib. Sabir Mütəllimovun yetirmələri rəqibini 11 cavabsız topla məğlub edib.
Qeyd edək ki, “Sumqayıt” FK-nın qızlardan ibarət komandası 14 turdan sonra liqanın məğlubiyyətsiz lideridir. Komandamız 10 qələbə və 4 heç-heçə əldə etməklə 34 xal toplayıb. 78 dəfə rəqib torlarını silkələyən komandanın ən çox qol vuran futbolçusu Şəfəq Nəsirova həm də liqanın bombardiridir (51 qol)..
İlhamə Məhəmmədqızı
"Atributinfo.az"
