Sərginin katoloqunda https://www.yumpu.com/xx/document/read/67594586/baharn-rnglri-2023
adlar və əsərləri elan olunmuşdur. İştirakçılar əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər və təqdim olunan əsərlər növbəli sərgilənəcək.
Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədi ilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilmişdir.
Nəzərinizə çatdıraq ki, mövzusu bahar olan müsabiqəyə 21 yaşa qədər uşaq və yeniyetmələr Bakı Xətai Sənət Mərkəzi facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share)
təqdim edəcəyi əsərin fotosu və özü haqda məlumatları daxil etməklə qatılmışlar.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, idea və kənar müdaxiləsiz əsərlərə üstünlük verilmişdir
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Sərgilər Xətai Sənət Mərkəzində keçiriləcək.
Hüseynbala Həsən
/atributinfo.az/
