Sizin reklam burada
Sizin reklam burada
  • Diaqnostik qiymətləndirmədən keçmiş təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişib

    Diaqnostik qiymətləndirmədən keçmiş təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişib Diaqnostik qiymətləndirmədən keçmiş təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişib.
    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
    "Atributinfo.az" xəbər verir ki, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 871 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 785 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 700 manat müəyyən edilib.
    İndiyə qədər direktorların aylıq vəzifə maaşı 792 manat, müavinlərin, baş mühasiblərin maaşı 714 manat və dərs hissə müdirlərinin maaşı 636 manat müəyyən edilmişdi.

    Zahir Məmmədov
    "Atributinfo.az

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ