Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıt Tibb Mərkəzində ötən il əhaliyə 3 milyon 87 min 252 tibbi xidmət göstərilib

    Sumqayıt Tibb Mərkəzi 2022-ci ildə əhaliyə göstərilən ümumi tibbi xidmət sayını açıqlayıb.
    "Atributinfo.az" saytına daxil olan məlumata görə,
    ötən il mərkəzin tabeliyində olan tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 264 min 523 müraciət daxil olub. Bu müraciətlərdən 1 milyon 227 min 836 ambulator, 36 min 687 isə stasionar müraciətdir.
    Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 3 milyon 87 min 252 təşkil edib. Bu xidmətlərdən 2 milyon 235 min 466 ambulator, 851 min 786 isə stasionar xidmətdir.

    İlhamə
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ