Hər gül qönçəsində bir ömür yaşar.
Müəllim loğmandır, elə loğman ki,
Səsində, sözündə min bir məlhəm var.
Uzun illər ömrünü Sumqayıt maarifinə həsr etmiş, riyaziyyat elmini peşəkarcasına
şagirdlərinə aşılamış Sevil Kamilovanın həyat yoluna işıq tutmağı özümə mənəvi
borc bildim. O, sözün həqiqi mənasında idarəçiliyi, ciddi nizam-intizamı ilə həmişə
seçilib. İllər keçsə də əsl ziyalı kimi müəllimlərin və şagird yetirmələrinin
qəlbində dərin iz buraxıb, hörmət və ehtiram qazanıb. Onda Azərbaycan qadınına xas olan
müsbət keyfiyyətlər cəmlənib. Qürurludur, sadədidr, təvazökardır, ailəcanlıdır, həyat və əmək
təcrübəsi hər kəsə örnəkdir.
1946-cı ilin avqustun 12-də Bakının Kürdəxanı kəndində ziyalı ailəsində dünyaya göz
açıb. 113 nömrəli orta məktəbdə oxuyub. Müəllimliyə hədsiz həvəsi olub:
- Mən müəllimliyi uzun illər BDU-nun tətbiqi-riyaziyyat üzrə professoru olmuş dayım Baləli
Vəliyevin simasında sevmişəm. Uşaq vaxtı - məktəbdə oxuduğum illərdə dayımla yol gedərkən
bizimlə rastlaşan insanlar onu qucaqlayıb öpür, böyük hörmətlə, ehtiramla dil-ağız edirdilər.
Onların kim olduğunu soruşanda dayım fəxrlə, qürurla, böyük məhəbbət, sevinclə "yetirməm
olub” deyirdi. Mən o zamanlar fikirləşirdim ki, ilahi, bu müəllim necə böyük, xoşbəxt insandır,
hamı onu sevir, ona hörmət edir. Və mən o zamandan müəllim olmağı qərara almışdım. Orta
məktəbi əla qiymətlərlə, 1972-ci ldə Azərbaycan Pedaqoji İnstitutunu riyaziyyat fakültəsin
müvəffqyitətlə bitirib sevimli müəllimlik peşəsinə qovuşdum. Nə yaxşı ki, bu müqəddəs peşəni
seçmişəm. Müəllim işlədiyim müddət ərzində - hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən
məsum baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.
Sumqayt şhər 1 nömrəli məktəbdə işə başlamışam. Riyaziyyat fənnini tədris etmiş, direktor
müavini vəzifəsinə irəli çəkimişəm. Sonrakı illərdə 16 nömrəli məktəbdə təlim-tərbiyə işləri
üzrə direktor müavini kimi pedaqoji fəaliyyətimi davam etdirmiş, bir müddət şəhər təhsil
şöbəsində inspektor işləmişəm. Ayrı-ayrı illərdə 9 və 11 nömrəli orta məktəblərə rəhbərlik
etmişəm. Peşəmdən həmişə zövq almışam. Çoxlu yetirməm var. Yaxın rəfiqəm –
Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva mənə daim hərtərəfli
dayaq olub.
Sevil müəllimənin bir oğlu, iki qızı, 9 nəvəsi və 9 nəticəsi var. Övladlarının hamısı ali təhsilli
olmaqla yanaşı, həm də cəmiyyətimizdə kifayət qədər nüfuz qazanıblar.
Sevil müəllimə həmçinin vaxtilə dərs dediyi, “dəlisov” saydığı şagirdlərindən torpaqlarımızın
azad olunması uğrunda vuruşduğnu, qalibiyyət qazandığını fəxrlə dilə gətirdi. Sumqayıtda
bütün sahələrə olduğu kimi, təhsilə də yüksək səviyyədə diqqət və qayğı göstərilir. Təhsilin
inkişafı istiqamətində görülən işlər göz qabağındadır. Yeni məktəblərin tikintisi, rəhbrlik etmiş
oduğum 9 nömrəli məktəbin yenisi il əvəzlnməsi, eyni zamanda bütün məktəblərin dam
örtüklərinin təmir olunması, müasir istilik sistemi ilə təchiz edilməsi, şagird kontingenti sıx olan
məktəblərdə yeni korpusların tikintisi – bütün bunlar, ilk növbədə təhsilin səviyyəsinin
yüksəldilməsinə xidmət edir.
Müəllim kimdir? Müəllim necə olmalıdır sualımıza Sevil müəllimə belə cavab verdi:
-Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi
üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Müəllim
təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə
birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır.
Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə
verir.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir:
"Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”.
Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir,
gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan
asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.
Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil,
bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir
gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün
müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün
müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə,
mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən
əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək
mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Y.A.Komenski
biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi.
Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır.Müəllim
yenilikçi, novator olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində
işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda müasir dövrlə ayaqlaşan,
savadlı şagirdlər yetişdirmək mümkün deyildir.
Müəllimlik müqəddəs bir peşədir. Lakin müəllim unutmamalıdır kı, yetişdirdiyi hər bir şagird
qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik
çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini
xoş bir məmnunluq, sevinc hissi tutur.
Dahi Nəsrəddin Tusi demişdir: "İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya
sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir. Mən
də yeni tədris ilində uğurlar arzulayıram. Müəllimlərin üzündən, çəkdikləri zəhmətin
bəhrəsindən doğan təbəssüm, xoşbəxtlik əskik olmasın.
1966-cı ildən həyatını Sumqayıta bağlayan Sevil Kamilova şəhərimizin bu gün daha çox inkişaf
etdiyini, gözəl, təmiz, hər tərəfin gül-çiçək olduğunu, buradan hədsiz zövq aldığını da dilə
gətirdi.
Biz isə öz növbəmizdə təhsilmizin sevilən Sevilinə möhkəm cansağlığı, bol-bol sevinc
arzulayırıq!
İlhamə Məhəmmədqızı
