Sizin reklam burada
Sizin reklam burada
  • Kolleclərə ixtisas seçimi bu gün başa çatır

    Kolleclərə ixtisas seçimi bu gün başa çatır Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
    DİM-dən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
    17 avqust saat 09:20-yə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:
    Azərbaycan bölməsi -14482; rus bölməsi - 361; cəmi - 14843 nəfər.
    Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ