2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 1-ci siniflərə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.