YAP Səbail rayon təşkilatının qərargahında uşaqlarla görüşən YAP Səbail rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən prof. Şəmsəddin Hacıyev balacaları yeni tədris ili münasibətilə ürəkdən təbrik etdi, onlara cansağlığı və təhsillərində uğurlar arzuladı.Ənənəvi olaraq rayon partiya təşkilatı tərəfindən cəmiyyətimizin xüsusi qayğıya ehtiyacı olan sakinləri üçün hər il keçirilən sosial-humanitar aksiyalar haqqında danışan Ş.Hacıyev qeyd etdi ki, təhsil vəelmcəmiyyətin, hər bir insanın inkişafı üçün mühümvasitədir. Məktəb yüksək elm, təhsil və tərbiyə mənbəyi, mərkəzidir.Müasir dövr elm, texnika, informasiya-kommunikasiya və yeni texnologiyaların üzərində qurulub. Bu gün dünyada olduğu kimi ölkəmizin ictimai həyatının bütün sahələri sürətlə rəqəmsallaşır. Təbii ki, belə bir şəraitdə ümumtəhsil müəssisələrinin üzərinə daha böyük vəzifələr düşür. Çünki hər bir biliyin əsası, bünövrəsi məhz məktəbdən başlayır.
Bugünkü görüşdə iştirak edən Şəhid ailələri övladlarının bilik öyrənərək gələcəkdə həm cəmiyyətimiz, həm də öz ailələri üçün yararlı,Vətənimizə, torpağımıza, dövlətimizə sadiq vətəndaşlar kimi formalaşacaqlarına dair əminliyini bildirən Ş.Hacıyev vurğuladı ki, bu balacaların qəhrəman ataları, dayıları, əmiləri Azərbaycan xalqına tarixi və möhtəşəm Qələbə sevincini bəxş ediblər, müqəddəs Vətən torpağı üçün canlarını fəda ediblər.
Ş.Hacıyev bütün uşaqları bilik günü münasibətilə bir daha təbrik edərək onlara sağlam vətənpərvərlik ruhunda böyüməyi, ana dilimizi, tariximizi yaxşı öyrənməyi, xarici dillərə və informasiya-kommunikasiya texnologiyalarının sirrlərinəyiyələnməyi,idmanla məşğul olmağı tövsiyə etdi.Azərbaycanın 44 günlük müqəddəs Vətən müharibəsindəki tarixi qələbəsindən qürurla danışan Ş.Hacıyev vurğuladı ki, Azərbaycan artıq dövlət sərhədlərini və ərazi bütövlüyünü bərpa edib, əzəli düşmənin başını da əzib. İnşallah, Azərbaycan övladları bundan sonra sülh, əmin-amanlıq, firavan şəraitdə böyüyəcək, təhsil alacaq və Vətənlərinə, ailələrinə layiqli vətəndaşlar kimi formalaşacaqlar.
Hər zaman YAP Səbail rayon təşkilatının humanitar-sosial aksiyalarında yaxından iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülşən Nəcəfquliyevauşaqları yenitədris ili münasibətilə təbrik edərək, balacalara uğurlu gələcəkarzuladı. G.Nəcəfquliyeva bildirdi ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəman əsgər və zabitləri sübut etdilər ki, Azərbaycan xalqı nələrə qadirdir.Şəhid övladlarına başıuca və qürurla getdikləri həyat yolunda uğurlar arzu edən G.Nəcəfquliyeva xalqımızın bütün Şəhidlərimiz, qazilərimiz, qəhrəman əsgərlərimizlə qürur duyduğunu bir daha vurğuladı.
Görüşdə iştirak edən uşaqlar vətənpərvərlik ruhunda şerlər səsləndirdilər.
Uşaqlar onlara hədiyyə olunan məktəb çantalarını sevinclə qarşıladılar. Valideynlər göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına və bu layihənin təşkilatçıları və icraçılarına təşəkkürlərini bildirdilər.
