Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Sədr bildirib ki, koronavirus təhlükəsi elan olunandan AQTA gücləndirilmiş rejimində işləyir. Ölkəyə idxal olunan istənilən heyvan və heyvan məhsulunda koronavirus təhlükəsi araşdırılır.
Qoşqar Təhməzli yeni yaradılacaq dönərxanalar barədə də məlumat verib. O deyib ki, yeni dönərxanalar keyfiyyət təhlükəsizliyi tələblərinə tam cavab verəcək.
Agentlik sədri bu il ölkədə qurulması nəzərdə tutulan idxal-karantin məntəqələrindən də danışıb. O bildirib ki, bu məntəqələrdə heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək. Bundan əlavə, Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılması da nəzərdə tutulur.
Sözügedən mərkəz ölkədən ixrac olunan qida məhsullarının göstəricilərinin beynəlxalq göstəricilərə uyğunlaşmasını təmin edəcək ki, bu da ixrac məhsullarının etibarlılığını artıracaq.
