Bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, il ərzində Təhsil Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər rayon təhsil şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib.
Nazir deyib ki, 7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib.
