Sizin reklam burada
Sizin reklam burada
  • Ekoloji pozuntu, yoxsa montaj? - Təfərrüat

    Ekoloji pozuntu, yoxsa montaj? - Təfərrüat"Lerik Broyler" MMC-nin fəaliyyətinə kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı

    Ötən paylaşımlarımızda qeyd etdiyimiz kimi, artıq bir neçə gündür ki, sosial şəbəkədə və bəzi saytlarda "Lerik Broyler" MMC-nin fəaliyyətində yaranan (guya) ekoloji problemlərlə bağlı neqativ fikirlər yer alıb. Məsələni yerindəcə araşdırmaq, əsas mahiyyəti üzə çıxarmaq, çaşqınlıq yaradan səbəblərin nədən ibarət olduğunu müəyyənləşdirmək məqsədilə üz tutduq Lerik rayonuna, sözügedən müəssisədə olduq və bəzi jurnalist təhqiqatları apardıq. Məsələnin təfərrüatları barədə tam məlumatlandıqdan sonra dəyərli izləyicilər, fikirlərimizi sizinlə bölüşmək, qaranlıq məqamların nədən ibarət olduğunu diqqətinizə çatdırmaq qərarına gəldik. Eyni zamanda nəticə etibarilə bütün bunların tamamilə əsassız, qondarma faktlara söykəndiyi, sifarişli, qərəzli, şər-böhtan olduğu bizdə heç də şübhə doğurmadı.
    Kompleks araşdırmamız başa çatdıqdan sonra "Lerik Broyler" MMC-nin istehsalat müdiri Məzahir Ramazanovla həmsöhbət olduq. O, istehsal prosesinin prosedur imkanları və qaydaları ilə bağlı bizə müfəssəl məlumat verdi, əyani baxışdan irəli gələn suallarımızı cavablandırdı, narahatlıq doğuran və sosial şəbəkələrdə yayımlanan söz-söhbətin ağ yalan olduğunu, çaya buraxılan qanlı suların illər öncə-2014-cü ildə çəkilərək hazırkı vaxta montaj edildiyini, şantaj olunduğunu diqqətimizə çatdırdı:

    İstehsalat müdiri Məzahir Ramazanov:

    -... Təkrar-təkrar bildirmişik ki, bizdə kəsim prosesində istifadə olunan su və kəsim zamanı əmələ gələn atqılar; qandı, tükdü, toyuğun içalatıdı, yəni istifadə olunmayan hissələridi, bunlar hamısı kanallar şəbəkəsi vasitəsilə bizim atqı hovuzumuza toplanır və orda xüsusi pompa vasitəsilə vurulur separatora. Seperatordan keçən su ayrılıb xüsusi boru vasitəsilə yenidən qayıdır serkulyasiya sisteminə gedir ki, həmin su kanaları yenidən yumaqla məşğuldur. Bu isə bizə imkan verir ki, adətən normativdə bir toyuq üçün 14 litir su istifadə olunursa, biz serkulaysiyanı istifadə etdiyimiz üçün, yəni suyu yenidən, təkrar istifadə etdiyimizə görə 70 faiz suya qənaət edirik. Təmiz suya ehtiyatla və qənaətlə yanaşırıq, çünki suyu təkrar istifadə ediirk. Bu da sudan istifadəmizin qat-qat aşağı düşməsinə imkan yaradır. Orda əmələ gələn qatı maddələr seperatordan keçəndən sonra flotasiya tankı deyilən bir tank var, onun rolu odur ki, dənizin dalğası kimi işləyir, yəni su ilə birlikdə atqıları çöküntüləri hamısını yığır lazım olan bir hissəyə. İş prosesi qurtarandan, orda qalan su ilə işimiz bitəndən sonra atqıların bişirmə prosesi gedir. Bu, yenidən istehsal, yenidən emal və su aratma sistemi sexidir. Orda olan istifadə olunmuş sular, atqılar hamısını bişirmə qazanı adlanan render qazanının içinə topluyuruq, orada 850 dərəcə selsidə və təyziq altında onları bişiririk. Nəticədə həmin sulardan və atqılardan, yəni toyuğun tüküdü, başıdı, qanıdı, bunların hamısından 2 cür maddə alınır; biri gələcəkdə un olacaq quru maddədir, qalanı sudu, nəmdi, hamısı buxarlanır və buxar sistemi ilə gedir siklon tankı deyilən tanka və ordan da gedir kondinsionerlərə. Kondisionerlər iki hissədən ibarətdir, pillə-pillə işləyirlər və həmin o buxarı soyudurlar. Buxar soyudulandan sonra girir xüsusi atsopsi tanklarına. Atsopsi tanklarının içində həmin buxardan çevrilmiş distillə suyun içində olan qoxu və nəsə zərərli, qoxu gətirən bir şeylər varsa, onlar xüsusi atosopi filtirlərindən keçəndən sonra təmiz texniki suya çevrilir.
    Qaldı ki, qatı maddələr, onlar xüsusi şneq vasitəsilə gedir birinci maqnit sensorundan keçir; içində metal varsa, (çünki istehsal prosesində hər şey düşə bilər) təmizlənəndən sonra gedir sıxıcı bir pres var ora. Pres vasitəsilə onun içindəki yağı təmiz ayırırıq, yağ una çevrilir, şneq vasitəsilə gedir soyuducuya. Soyuducuda soyuduqdan sonra şneq vasitəsilə gedir qırıcı dəyirmana. Qırıcı dəyirmanda təmiz una çevrilir. O un da sonra şneq vasitəsilə kisələmə hissəsinə gedir. Orda lazım olan kilolara ayırırıq. Həmin proseslərdən biz texniki su, toyuq unu alırıq. Türklər ona kəmik unu, bir də toyuq yağları deyirlər. Bunlar hamısı yüksək proteinli yem qatqıları kimi istifadə olunan maddələrdi.

    - İstehsal prosesi tam aydındı. Bəs, çayın üzərinə axıdılan suya gəldikdə, nə deyərdiz?

    -Bizdə çaya axıdılan su yoxdu. (Həqiqətən də baxıb görürük ki, yayılan bu sözlər yalnız şaiyədir, sözügedən borudan çaya heç bir axıntı, falan yoxdu-red.) Ərazimiz çökəkdə yerləşdiyi üçün ətraf drenaj sistemi ilə qurulub. Drenaj sistemi ilə kəndin sularıdı, yağış sularıdı və arada bizim soyuducu sistemlərində kondinsan sular ki var, axıdılan su onlar ola bilər. Yəni bizə aid olan bir şey yoxdu. Biz atqı sularının hamısını yenidən emal edirik.

    -Qanlı suyun montaj olunub yayımlanmasilə bağlı fikirləriniz.

    -Video köhnə videodur. 2014-cü ildə çəkilib. Bəli, yenidən istehsal, yenidən emal və su aratma sistemini qurmazdan əvvəl işləyəndə, test etdiyimiz zamanlar belə şeylər olmuşdu. Amma o da külli miqdarda kütləvi şəkildə olmayıb. Bu video köhnə çəkilişdi; biz onda yeni qurulurduq. Həmin ildən bu yana isə bu sistem yenidən, ən müasir texnologiyalar üzərində qurularaq tam şəkildə işləyir və müəssisəmizdən heç yerə heç nə axıdılmır.
    Yeri gəlmişkən, video haqqında bir məsələni də qeyd etmək istəyirəm ki, videogörüntüdə ətraf səhralıqdı, halbuki həmin borunun ətrafına gedib baxsaq, yaşıllıqdan ağaclardan bir şey görmək olmur. Ağaclar da o vaxtdan bizim əkdiyimiz ağaclardı. İstəsələr ağacı kəsib yaşına baxmaq da olar. Video köhnədir, qırmızı rəng isə montajdır. Bu qədər.

    P.S. Bəli, əsl həqiqətdə yayılan bu video montajdır. Biz Broylerə baxış zamanı bunun bir daha əyani şahidi olduq. Əgər, belə demək mümkünsə, ekofəallar, aidiyyatı şəxlər həqiqətən də ekoloji pozuntu axtarırlarsa, onda sözügedən çay boyunca baxış keçirsinlər və orada qalaq-qalaq zibılxanaların, sambosuz tualetlərin axıntılarından yaranan iyrənc mənzərənin şahidi olacaqlar. Buyurun, bunları aradan qaldırın cənablar, yoxsa...

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ