“Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”
Bu sözləri "Atributinfo.az"-a açıqlama verən
Göygöl şəhər ağsaqqalı Hamlet Ömərov deyib. O, əlavə edib ki,
Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası mayasındakı bütün milli çalarlara rəğmən daha çox və müstəsna olaraq ölkəmizdə yaşayan bütün xalqları öz məfkurə və əqidə işığına toplayan dövlətçilik ideologiyası kimi təzahür edir. Onun “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır:
"Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır”, – ideyası da min illər ərzində formalaşan sülhpərvər, tolerant və vətənçi azərbaycanlı təfəkkürünün ən gözəl ifadəsi idi.
Bu baxımdan Heydər Əliyevin azərbaycançılıq təlimi onun multikultural Azərbaycan cəmiyyətini ən yüksək səviyyədə birləşdirə bilən ideoloji sistem hazırlayıb həyata keçirməsi bacarının ən yüksək zirvəsi hesab oluna bilər. O, yeganə siyasətçidir ki, azərbaycançılığı romantik-bədii, fəlsəfi-nəzəri ideyalar çərçivəsindən çıxararaq, ciddi siyasi-ideoloji sistemə çevirmiş, bu təlimə konkret məzmun vermişdir. Qətiyyətlə demək olar ki, ümummilli lider azərbaycançılıq məfkurəsini vahid vətənçilik ideyası olaraq cəmiyyətdə parçalanmanın qarşısını almağa, milli dövlətçiliyin novatorcasına inkişafına, dayanıqlı ictimai birliyin və həmrəyliyin yaranmasına, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və müstəqil dövlət quruculuğu prosesinin davamlılığına xidmət edən konsepsiya kimi işləyib hazırlamış və həyata keçirmişdir.
Heydər Əliyev dövrünün nadir dövlət xadimlərindən biri idi ki, öz dövlətinin müstəqilliyini qorumaq üçün bütün vasitələrdən istifadə edir və çox vaxt açıq çıxışlardan çəkinmir və heyrətamiz cəsarət nümayiş etdirirdi. O, eyni zamanda beynəlxalq münasibətlərə dair özünün konkret mövqeyi olan siyasi xadim kimi rəğbətlə qarşılanırdı. Bu mənada onun BMT-nin 1994-cü ildə keçirilən 49-cu sessiyasında və 50 illiyinə həsr edilmiş xüsusi toplantısında Azərbaycan dövlətçiliyi ilə əlaqədar, ölkəmizin daxili və xarici siyasətinin prioritetləri haqqındakı səsləndirdiyi açıq tezislərlə yanaşı, beynəlxalq münasibətlər sistemi haqqında cürətkar fikirlər ifadə etməsi və qlobal təhlükəsizlik və inkişaf üçün böyük dövlətləri məsuliyyət daşımağa dəvət etməsi çox böyük uzaqgörənlik və cəsarət tələb edirdi."- Hamlet Ömərov deyib.
Zahir
"Atributinfo.az"