Milli Məclisin deputatı
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı və sonra Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sükut elan edildi. Şəhidlərimiz Vətən uğrunda həyatlarını qurban verərək hər birimiz üçün milli dəyərə çevrildilər. Qəhrəmanlarımızın canlarını qurban verdikləri Vətən torpaqlarında üçrəngli bayrağımız böyük məğrurluqla dalğalanır, ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar olmuşdur. Şəhid ailələri və qazilər daim dövlət başçısı İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Onların çətinliklərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilmişdir. Eyni zamanda, şəhid ailələrinə, qazilərə ən yüksək diqqət və qayğının göstərilməsi hər birimizin vətəndaşlıq borcumuzdur. Şəhidlərimizin müqəddəs xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərə şəfa diləyirəm.
