Sizin reklam burada
Sizin reklam burada
  • Santiago və Fatimənin sevgisi

    Əli Rəştbər -Qayıb

    Səfərə mane olmayən sevgi


    Paolo Koelionun Kimyaqər romanında, Santiago ilə Fatimə arasındakı sevgi, hekayənin ən incə və eyni zamanda ən dərin qatlarından biridir. Bu sevgi, asılılıq doğuran bağlılıqlara və ya dağıdıcı, alovlu ehtiraslara bənzimir; əksinə, bu sevgi “icazə verən” sevgidir.
    Santiago səfərinin ortasında, səhrada Fatimə ilə qarşılaşır. O, orada qala bilərdi və “Xəzinəni tapdım, çünki sevgini tapdım” da deyə bilərdi. Amma hekayə məhz burada sınanır: sevgi səfərin sonudur, yoxsa onu davam etdirməyə güc verəndir?


    Sevgi dayanmamaq yoxsa güc mənbəyi?


    Səthi baxışla, sevgi dayanmamaq üçün bəhanə ola bilər. Yorğun insan, təhlükəsiz qucaqda dincəlmək istəyir. Amma Kimyaqərdəki dünyagörüşə görə, əsl sevgi, “şəxsi əfsanənin” həyata keçməsinə mane olmur. Fatimə Santiagoya “qal” demir; o, “get” deyir. Əgər təqdir bizə eynidirsə, sən yenə də qayıdacaqsan.
    Bu “icazə vermək”, sevginin yetkinliyinin ən vacib göstəricisidir.
    Qorxan sevgi insanı yoldan çıxarır və saxlayır, yetkin sevgi buraxır, amma qəsb etmir.



    Uzaqlığın əzabı və inkişafın gərəkliliyi


    Santiago ilə Fatimənin sevgisi əzabdan uzaqdadır. Uzaqlıq var, təhlükə var, qeyri-müəyyənlik var. Amma bu əzab, sonsuz asılılıq əzabı deyil; inkişafın xidmətində olan əzabdır.
    Burada incə bir fərq yaranır, dağıdıcı gözləmə insanı tökür, zərrə-zərrə əridir və bəzən məhv edir.
    Amma şüurlu gözləmə insanı yaradır.
    Santiago səhrada qalsaydı, beləki aşiq qalardı, amma tam olmazdı. O, getməli idi ki, özünün daha böyük bir versiyasına çevrilsin, qayıtmağa layiq bir versiya.



    Sevgi və həyatın dayandırılmaması


    Bu münasibətin gizli mesajlarından biri budur ki, sevgi həyatın dayanmasına səbəb olmamalıdır. Əgər sevgi insanı inkişaf yolundan çıxarırsa, bu sevgi asılılıqdan başqa bir şey deyil.
    Sağlam sevgi deyir:
    “Böyü. Daha tamam ol. Mən sənin inkişafından qorxmuram.”
    Bu mənada, Fatimə Santiago-nun səfərinin maneəsi deyil, görünməz yoldaşıdır. Onun mövcudluğu Santiago-nun qəlbindədir, amma aylara bağlı zəncir deyil.


    Xəzinə xaricdə yox, daxildədir?



    Hekayənin sonunda Santiago anlayır ki, xəzinə başlanğıc nöqtəsində imiş. Bu kəşf yalnız qızıl haqqında deyil; onu geniş bir miqyasda araşdıranda görürük ki, o həm də şüur haqqında idi. O, səfərə çıxmalı idi ki, necə dəyişdiyini başa düşsün. Fatimənin sevgisi də bu daxili alkimiyanın bir hissəsidir, bağlılığı anlayışa çevirir.
    O öyrənir ki, sevgi mülkiyyət deyil, bəlkə imandır.
    Səbr edə bilən, amma özünü məhv etməyən bir iman.
    Santiago ilə Fatimənin sevgisi insanı kiçiltmir, əksinə genişləndirən sevginin simvoludur. Bu sevgi, iman ilə özünü aldatma arasındakı sərhədi ayırd etməyi, yaradıcı ümid ilə yorucu gözləmə arasındakı fərqi sınamağın sınavıdır.
    Əgər sevgi insanı arzularından uzaqlaşdırırsa, demək olar ki, hələ yetkin bir sevgiyə çevrilməmişdir.
    Amma əgər sevgi hərəkətə ilham verirsə, uzaqlığın içində belə, o nə səfərə mane-dir, nə xəzinənin rəqibi-dir, əksinə, ruhun kimyasının bir hissəsidir

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ