Nizomiddin Madrahimov
Görsəm
Gedər qəlbdən ağrım, gözəl, gülümü görsəm,
Gözəlliyi ömrümü bəzər, gülümü görsəm.
Qəddi-qamət boyunca libaslar göstərməsi,
Özü başqa, cürbəcürdür geyimi, görsəm.
Gözünə gözüm düşsə, qoşulub gedər sevgim,
Özümtək qəlbdə mehri dopdolu kimi görsəm.
Alqışlar söyləyərəm, bu bəxtdən əylənək deyə,
Ondakı tərbiyəni, ədəbi, elmi görsəm.
Abu Dənqəlindir sözüm, ən bəxtəvər insan özüm,
Sevincdən parlar gözüm, Nuridilimi görsəm.
Unut söyləmə
Xəyalların silinməz,
Biri dərdimi bilməz.
Daha əlimdən gəlməz,
Məni unut söyləmə.
Həyatımsan, məhəbbət,
Qanadımsan, məhəbbət.
Nə deyirsən, de, fəqət,
Məni unut söyləmə.
Qəlbimdəsən, ay gözəl —
İncə hörük, zülfü zər.
O söz qəlbimi əzər,
Məni unut söyləmə.
Çayın suyu – göz yaşım,
Dalğaları sirdaşım.
Sən unut, qələmqaşım,
Mənə unut söyləmə.
Bu qədər əzab vermə,
Canımdan da bezdirmə.
Ümidimi üzdürmə,
Məni unut söyləmə.
Xəyalların silinməz,
Heç kim dərdimi bilməz.
Daha əlimdən gəlməz,
Məni unut söyləmə.
Darıxırsan
Görmürsən haçandır məni,
Şəkilimdən çəkməyirsən göz.
Daralmaqda səmanın eni,
Əzab verir deyilməyən söz.
Görmürsən haçandır məni,
Kitabımı oxudun min yol artıq.
Orda tapmaq asandır məni,
Çünki orda sən və mən varıq.
Görmürsən haçandır məni,
Dilinə gəlməz – şübhəsiz.
Qəlbin həsrət çəkdiyini,
Dodaqların pıçılaar səssiz.
Görmürsən haçandır məni,
Yadına düşər o dəmlər.
Budur eşqin təmizi, çini,
Anlamadı səni adamlar.
Görmürsən haçandır məni,
Şəkilimdən çəkməyirsən göz.
Daralmaqda səmanın eni,
Əzab verir deyilməyən söz.
Görmürsən haçandır məni...
Getsəm...
Mən getsəm, getdiyim duyulmaz hətta,
Mən getsəm, alınmaz böyük al-dəyiş.
Mən getsəm, azalıb, yox olmaz xəta,
Mən getsəm, dayanmaz başladığın iş.
Həmən sübh, gecə o, həmən ay, günəş,
Yağışlar həmənki, küləkli hallar.
Düşmənlərim həmən, əllərində daş,
Cənublar həmənki, həmin Şimallar.
Mən getsəm, fəsillər dolaşıq düşmür,
Qışa öz yerini boşaldar payız.
Adamlar baxacaq mənə başqa cür.
Son dəfə mənimlə qalar üzbəüz.
Mən getsəm, yazılar yenə şeirlər,
Mən getsəm, itirməz ədəbiyyat həm.
Mən getsəm, adamlar bilməm nə deyər?
Mən getsəm, qəm çəkib qalmaz həyat həm.
Mən getsəm getdiyim duyulmaz hətta,
Mən getsəm, alınmaz böyük al-dəyiş.
Mən getsəm yox olmaz, kasıblıq, xəta,
Mən getsəm, dayanmaz kəndlərdəki iş.
Həmən sübh, gecə o, həmən ay, günəş...
DOSTUM ALDI YARIMI
Dinləyin siz zarımı,
Çəkib aldı varımı.
İndi nə eləyim mən?
Dostum aldı yarımı.
Yetdim evə, bağrıma,
Möhkəm basdım tarımı.
Dərd qoşuldu ağrıma –
Dostum aldı yarımı.
Özümdə deyiləm mən,
Halım pis oldu pisdən.
Gənclikdə qədirbilən
Dostum aldı yarımı.
Heynək, eşq ölməmişdi,
Ürək yad bilməmişdi.
Beləsi olmamışdı-
Dostum aldı yarımı.
Kim bilər əhvalımı?
Düşünməsə halımı?
Qismət – bu olmalımı?
Dostum aldı yarımı...
Günel
Günel gözəl qızdır - oxşarı yox qız,
Mənimçün düşmüşdü sanki səmadan.
Daşkənddə rast gəlib tanış olduq biz,
Mən özbək, o isə Azərbaycandan.
Günel - ədəbiyyat dəlisi idi,
Sakitcə dinlərdi, şeir oxusam.
Bacısının tənha sevimlisiydi,
Möhkəm sevinərdi, paytaxtda olsam.
Günelin dilində başqa cür ismim,
O, mənə xoş gələn bir ad çəkərdi.
Məhəbbətə keçib gedəndə fikrim-
Onu hər görəndə, huşum itərdi.
Günel çıxıb getdi, qəflətdə qaldım,
Bilməm, əbədimi, vaxt gəlincəyə?
Mən də Tənqərəyə baxıb yol aldım,
Sakit yola saldım onu Gəncəyə.
Günel yaraşıqlı, hədsiz gözəl qız,
Mənimçün düşmüşdü sanki səmadan.
Daşkənddə rast gəlib tanış olduq biz,
Mən özbək, o isə Azərbaycandan.
Tarjimon: Şahməmməd Dağlaroğlu
