Şəhadət İsaqcanova
1992-ci ildə Xarəzm vilayətinin Urgənç şəhərində anadan olub.
Urgənc Dövlət Universitetinin filologiya fakültəsində bakalavr pilləsini, həmçinin ədəbiyyatşünaslıq – özbək ədəbiyyatı ixtisası üzrə magistraturanı bitirib.
Hazırda Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək dili, ədəbiyyatı və folkloru institutunun doktorantıdır.
İndiyədək “Siracəddin Səyyid publisistikası” adlı monoqrafiyası və 20-dən artıq məqaləsi çap olunub.
* * *
Hamletə
Sanki heç sirr yoxdur
Fələk altında,
Güzgüdə görünür iki görüntü:
Biri – xeyirxahlıq göy qurşağı rənggi,
Biri – şər torunun daim əsiri.
Ölüm və həyatın iki qütbündə
Sərasər gəzərkən əftadə Hamlet.
Tanrım, xeyrixahlığın savaşında
Sonsuz xəyallardan onu xilas et.
İncidir şübhələr,
Doymaz ki qisas.
Və gəlir üstünə bitməz o qərar:
Yaşamaq lazımdır və yaxud ölmək?
Hansına dəyərli olan inam var?
Vərəqlərə cəmləb həyat kitabın,
Yazır o tələsib,
Heç dayanmadan,
Saat əqrəbinə baxarkən məhzun,
Yaşayır,
Yaşayır,
Heç yaşamadan…
* * *
Bəzən xəyallarım çox dolaşıqdır,
Bəzən vaxt hökmündən gileylənirəm.
Haraya gedirəm? Bilmirəm, vallah,
Bir gün ürəyimi alıb gedərəm.
Ən böyük həsrət də həsrət deyiltək,
Düz yol da yerimək istəmirəm.
Bəzən varım-yoxum ancaq bir röya,
Nəyi istəyirəm? Bilmək istəmirəm.
Ölmək də istəməm, yaşamaq da, yox,
İki qütb içrə çaşqındır dünya.
Bəzən ürəyimə saplanan bu ox –
Özlüyü tanımaq arzusudur ya?
Qarşıma çıxacaq üst-üstə sual:
– Nəyi istəyirsən? Nədir gileyin?
Qüsurlarla dolu topal bu xəyal –
Niyə əstə yeriyib, belə yorulursan?
Suallarim sonsuz, cavablari yox,
Burulğatək gəlir ürək kəfəni.
Bəlkə... tənə ilə küsülü o vaxt
Tərk edib getmiş o, yoxdur vətəni.
* * *
Bəzən səmalara uzun baxaraq,
Xəyalına düşər o qəfil anda.
Heç kimə deməmiş qəlb sözü qalıb,
Yaşamaq istəyir kəm-küsursuzca.
Həyat adlı karvan əlinə məhkum,
Sərban hökmündədir onun hər halı.
Bəzən dinclik tapar,
Bəzən qəlbi qan:
Yetilməmiş arzu –
Ömrün zavalı.
Lövhi-məhfuz içrə qisməti bəlli,
Fəzli-kərərminə daim ümidvar.
Zalalətdən uzaq, günahdan uzaq,
Nəfsin ölümünə elə yetişər.
Məqsədi uzun yol sona yetəndə,
Keçmiş həyatını edirsə hesab.
Tanrım, sənə bəlli
Zatən, bu arzu:
Sənin hər hökmünə
Verə bilsə tab.
Əzəl belə çəkdi insan tərhini,
Talesina yazdı yel kimi ömür.
Amma…
Bəzən bilməz
bir sirr şərhini
Dünyaya gəlməkdən
məqsədi nədir?..
* * *
Hansı daşlar qaldı
vurulmamış baş?
Haraya yönəldi
bu polat bərdaş?
Bilməm…
Qismət məyi
belə acımı?
Hansı təlh dərmanla
elədi təlaş?
Çarə yox keçməyə
çərx rəftarindan.
Dəva yox qaçmaya
dərd zəngarindan.
Ləhzəyə möhürlər
səhərdə xəyal.
Təmiz arzularin
söküb bərindən.
Ahari tökülmüş
nisgil nəşəsi –
Qəlvəli ömürün
ilk debaçəsi.
Hökmfərman budur –
kəcrəftar fələk.
Bəxti nihan edər,
Bəşəri hələk.
Bilməm…
Qismət məyi
belə acımı?
DÖRDLÜKLƏR
* * *
Bu dünya nədir ki? Geniş bir meydan,
Özünü tapmağa verir min imkan,
Bəzən yaxınlatır dəniz içinə,
Bir damla suyunu çox sayır çunan.
* * *
Təqdir səhnəsində biz maskarabaz,
Tükün üstündəki sanki kəndirbaz,
Həyat savaşında atəşə düşən,
Güllə dəyməyəni diydəmiz xalas.
* * *
Cəmi gözəlliklər səndə mücəssəm,
Gəlişindən yenə yəşəriri aləm,
Bu an ağ işığa çoxmu xəridar,
Qışlıq paltarını çıxarmayan bahar?
* * *
Məhzun ömrümüzə təkcə bir vida,
Demədən də belə gedirsən, payız?
Yaşanmadan qalan sevinc ləvhəsin
Yazmadan da belə gedirsən, payız…
* * *
Qadiriyə təxmis
Xüsüs iki tərəf əvvəl və axir,
Biri kitab, biri tilfon adlı bəlaxor.
Oxuyanlar mənim halım bilirlər,
Böyük bir qane hasil edirlər.
Çiynimə düşmüşdür bu gün elə hal,
Bu ərasət içrə dillər qaldı lal.
Tilfonu burax, kitab oxu, desən,
Hər an, hər nəfəsdə övlad dərdin yesən.
Mən sənin yaşında əlimdə kitab,
Səni görüb olar ürəyim xunab.
Desəm, deyəcək o heç çəkincəsiz:
O zamanlar yaşamısınız telefonsuz.
Olsaydı gadjetler əğər o zaman,
Xəyaliniz internetdə gəzərdi hər an.
Özbək dilindən uyğunlaşdıran: Rəhmət Babacan
