BAKI QIZLARI...
Vahid Əziz - 80
Professor Vidadi Orucov təqdim edir:
Sahildə Xəzərin sonalarıdı,
xınalı kəkliyə çəkər nazları,
igid oğlanların analarıdı,
zərifdi, ipəkdi Bakı qızları.
Gözləri – çiçəkdi, qəlbləri – buta,
tutsa ağlamağı dönər buluda,
çətini odur ki, ürəyi tuta
qəlbdən sevəcəkdi Bakı qızları.
Toyunda dolaşar meh duvağında,
sevgi dumanından şeh dodağında,
sevdiyi bülbüllə öz budağında
gözəldi, göyçəkdi Bakı qızları.
Saçınla bir gələr saçının dəni,
namusla qeyrətlə sevər Vətəni,
sevgisin qırmasan – yaşadar səni,
döyünən ürəkdi Bakı qızları...
Vahid Əziz
Xalq şairi
